Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Zərdabda 11 km uzunluğunda avtomobil yolu yenidən qurulur

Zərdabda 11 km uzunluğunda avtomobil yolu yenidən qurulur
April 10
11:11 2018

Zərdab rayonunda bu 22,4 km uzunluğunda 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində artıq işlərə start verilib.

 

Azərbaycan Avtomobil Yolları Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bu yerli əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 21-ci km-dən ayrılan və 11 km uzunluğa malik Alıcanlı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV dərəcəlidir və 2 kəndin 2 minə yaxın əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Yolun 0-8 km hissəsi qara örtükdən, 9-11 kilometr hissəsi isə çınqıl örtükdən ibarətdir. Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu təsərrüfatının da mənfi təsir göstərirdi.

 

Hazırda yol boyu torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Bundan başqa, yolun müəyyən hissəsi bataqlıq-göl ərazisindən keçdiyi üçün yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında xüsusi qrunt tökülərək inşa edilir, yolun altına borular atılır.

 

Artıq yolun 5 km-lik hissəsində yol yatağı və yol əsasının inşası aparılaraq yekunlaşdırılıb, qalan hissədə isə davam etdirilir. Yol əsasının inşası üçün -çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur. Yolun çiyin hissələri də dağıldığından hazırda 44 min kvadratmetr sahədə çiyinlərin sm qalınlığında optimal -çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılır. Torpaq işləri 110 min kvadratmetr sahəni əhatə edir.

 

Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün yolun 4-cü km-də su kanalı üzərində uzunluğu 6,2 metr olan suötürücü qurğunun tikintisi, yolun 5-ci km-də Qarasuçay üzərində yerləşən uzunluğu 105 metr olan mövcud avtomobil körpüsünün isə təmiri işləri aparılır. Bundan başqa yol boyu suların ötürülməsi üçün müxtəlif diametrli 276 paqon-metr 23 ədəd dəmir, həmçinin 108 paqon-metr 9 ədəd dəmir-beton borunun quraşdırılır.

 

Tikinti layihəsinə uyğun yolun 66 min kvadratmetr sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və sm qalınlıqda -beton örtüyünün döşənməsi, 1 ədəd avtobus dayanacağının tikintisi, 290 ədəd dirəyinin, 86 ədəd yol nişanı v məlumatverici lövhənin quraşdırılması, yolda 33 km uzunluğunda xətlənə işlərinin aparılması nəzərdə tutulub.

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: